Murov

Xəbərlər

Haqqımızda

Murov Cədvəldə Liderliyə yüksəldi

Bugün kişilər arasında voleybol üzrə Azərbaycan Çempionatında Yüksək Liqa yarışlarında növbəti oyunlar keçirilib.

Azerreyl Voleybol Mərkəzində keçirilən oyunlarda il olaraq meydana MOİK və Neftçi komandaları çıxıb.  Matç “ağ-qaralar”ın məğlubiyyəti ilə yekunlaşıb. MOİK ilk iki hissədə məğlub olsa da, geridönüş edərək, rəqibini üstələyib.

Digər matçda “Murov” autsayder “Sərhədçi” ilə üz-üzə gəlib. Fərid Cəlalovun yetirmələri rəqibini asanlıqla məğlub edib. 

Bu qələbə “Murov”u liderliyə yüksəldib. Aktivinə 1 xal əlavə edən “Neftçi” mövqeyini qoruyubsa, rəqiblərindən 1 oyun az keçirən “Xilasedici” 3-cü yerə enib. 

Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər

 

15:00. MOİK – “Neftçi” – 3-2 (16-25, 21-25, 25-20, 25-22, 17-15)

17:00. “Murov” – “Sərhədçi” – 3-0 (25-13, 25-8, 25-15)
 

N

Komanda

O

Q

M

S

T

X

1.

Murov

9

8

1

24-6

715-528

23

2.

Neftçi

9

7

2

24-8

773-608

22

3.

Xilasedici

8

7

1

22-4

636-502

21

4.

MOİK

10

6

4

21-15

806-765

18

5.

Azərreyl

8

3

5

9-15

498-556

9

6.

Ekspress

9

2

7

7-21

519-649

6

7.

Gürcüstan

4

0

4

1-12

275-344

0

8.

Sərhədçi

9

0

9

0-27

403-675

0